Sizin reklam burada
Sizin reklam burada

Silah tədarükü dayansa, Ukraynada bu baş verəcək

Silah tədarükü dayansa, Ukraynada bu baş verəcək



Ukraynaya silah tədarükünün dayandırılması heç bir halda genişmiqyaslı müharibəni dayandırmayacaq.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bir daha deyirəm ki, Ukraynaya silah tədarükünü dayandırmaqla müharibəni dərhal dayandırmaq qətiyyən mümkün deyil. Rusiyanın işğalçı qoşunlarının xarici suveren ərazidən dərhal çıxarılması yeganə həll yoludur", - Podolyak qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün dayandırılması yalnız aşağıdakılara səbəb ola bilər:

- müharibənin miqyasının genişlənməsi;

- müharibənin başqa ərazilərə köçürülməsi;

- müharibə cinayətlərinin artması;

- mülki əhalinin tamamilə məhv edilməsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ