Sizin reklam burada
Sizin reklam burada

Kremlə hücumu təşkil edən Rusiyadır? - VİDEO

Kremlə hücumu təşkil edən Rusiyadır? - VİDEO
Amerika Birləşmiş Ştatlarının Müharibə Araşdırmaları İnstitutu mayın 3-də Kremlə edilən hücumun əvvəlcədən hazırlanmış bir plan olduğunu iddia edib.

Bildirilib ki, Rusiya bu hücumu daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün həyata keçirib.

“Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası da onu göstərir ki, bu, əvvəlcədən hazırlanmış ssenaridir. Əgər elə olmasaydı, Rusiyanın məsələyə münasibəti bu qədər mütəşəkkil olmazdı”, - deyə məlumatda qeyd edilib.

Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək, yaxud da lokal miqyasda keçirmək istəyir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Kremlin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə bütün ittihamları rədd edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ