Sizin reklam burada
Sizin reklam burada

Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi - Bakıdan daha bir GEDİŞ

Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi - Bakıdan daha bir GEDİŞ


Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:

Birincisi, Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər: Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq; eyni zamanda, qondarma “pasport” daşıyanların çıxışı üçün də Azərbaycan pasportu tələb oluna bilər. Ki, bu yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır

İkincisi, Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir: Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra Xankəndidəki erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək

Artıq proses bu istiqamətdə gedir. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin buna məcbur olacaqlar və əhalini tədricən buna sövq edəcək. Və kənar güclərin Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı heç bir təsir edə bilməməsi Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəkləri deməkdir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ