Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib”

“Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib”
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələsindən də söz açıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mətbuata bəyanatında bu barədə bildirib:

“Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ