Sizin reklam burada
Sizin reklam burada

Putinlə Lukaşenko BAĞLI QAPI ARXASINDA: "Ən qapalı mövzular müzakirə olundu"

Putinlə Lukaşenko BAĞLI QAPI ARXASINDA: "Ən qapalı mövzular müzakirə olundu"


Rusiya və Belarus prezidentləri - Vladimir Putin və Aleksandr Lukaşenko Putinin Kremldəki mənzilində danışıqlar aparıb, ən həssas mövzuları müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Пул первого" "Telegram" kanalı məlumat yayıb.

Qeyd edilib ki, Lukaşenko 5-6 aprel tarixlərində Rusiyada işgüzar səfərdə olub.

"Danışıqlardan və Kremldə işgüzar şam yeməyindən sonra liderlər Kremldəki mənzildə bir neçə saat söhbət ediblər. Təbii ki, orada ən qapalı mövzular müzakirə olunurdu", - deyə kanal qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Putin Kremldəki mənzilində Çin prezidenti Si Cinpinlə qapalı danışıqlar aparıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ