Sizin reklam burada
Sizin reklam burada

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü təxirə salındı

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü təxirə salındı
Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü mayın əvvəlinə təxirə salınıb.

Bu barədə bazar günü Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov məlumat verib.

“Bazar ertəsi keçirilməsi planlaşdırılan görüş mayın əvvəlinə təyin edilib. Bu məsələ ilə bağlı müsbət nəticə əldə etmək üçün aidiyyəti tərəflər arasında təmaslar və məsləhətləşmələr davam edir”, - diplomat bildirib.

Yefimov Moskvanın dördtərəfli görüşün keçirilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb və həmçinin qeyd edib ki, tərəflər arasında bütün məsələləri bir və ya bir neçə danışıqlar raundunda həll etmək olmaz.

“Bu, uzun yoldur, lakin biz bu istiqamətdə addım-addım irəliləyirik”, - səfir qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ