Sizin reklam burada
Sizin reklam burada

Andrey Kortunov: “İkitərəfli münasibətlərin ən kəskin və incə məqamlarını müzakirə edirik”

Andrey Kortunov: “İkitərəfli münasibətlərin ən kəskin və incə məqamlarını müzakirə edirik”
“Rusiya-Azərbaycan Ekspert Şurası ikitərəfli münasibətlərin ən aktual aspektlərini müzakirə etməyə imkan verir”.

“Report” xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasında deyib.

O bildirib ki, dialoq effektiv olduğunu göstərib:

“Biz artıq etimad mühiti yaratmışıq. Biz ikitərəfli münasibətlərin mürəkkəb kontekstdə inkişaf edən ən kəskin və incə məqamlarını müzakirə edirik. Ümid edirəm ki, bu format ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək”.

Öz növbəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev qeyd edib ki, şura çərçivəsində aparılan müzakirələr çox faydalıdır və regional təhlükəsizlik məsələlərinə toxunur.

Görüş zamanı həmçinin Azərbaycan və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş məqalələr toplusu təqdim olunub.

  • Sosial şəbəkədə paylaş