Sizin reklam burada
Sizin reklam burada

Almaniya XİN: “Növbəti günlər bütün dünya üçün həlledici olacaq”

Almaniya XİN: “Növbəti günlər bütün dünya üçün həlledici olacaq”
Almaniyanın xarici işlər naziri Annalena Berbok filippinli həmkarı Enrike Manalo ilə Berlində apardıqları danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, gələcək günlər həm Ukraynadakı müharibə, həm də ümumilikdə dünyanın gələcək inkişafı üçün həlledici olacaq.

“Növbəti günlər təkcə Ukrayna üçün deyil, bütün dünyadakı sülh üçün də həlledici olacaq”, - Berbok bəyan edib.

O, Nyu-Yorkda növbəti həftəni “bütün keçən ilin yekunu olacaq” həftə adlandırıb. Məsələ burasındadır ki, ötən ilin martında BMT Baş Assambleyasının qətnaməsi üzrə səsvermədə əksər ölkələr Rusiyanın başlatdığı müharibəni pisləyib.

Berbokun fikrincə, yalnız az bir qisim ölkə “Rusiyadan çox asılı olduqları üçün” səsvermədə fərli mövqe nümayiş etdiriblər.

“Bu müharibə Avropanın işi deyil. Bu müharibənin bütün dünya üçün dəhşətli nəticələri var. Ona görə də məhz bu günlərdə Nyu-Yorkda bütün dünya prezident Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa və qoşunların geri çəkilməsinə çağıracaq”, - diplomat vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, bütün ötən il Aİ və NATO-dakı tərəfdaşlar öz müdafiə imkanlarını gücləndirmək üçün çalışıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ