Sizin reklam burada
Sizin reklam burada

ABŞ-la Ukrayna arasında GİZLİ ANLAŞMA: "Hazırlıq görülənə qədər Rusiya qüvvələrinə..."

ABŞ-la Ukrayna arasında GİZLİ ANLAŞMA: "Hazırlıq görülənə qədər Rusiya qüvvələrinə..."



ABŞ rəsmiləri Ukraynaya Rusiya ordusuna qarşı hücuma keçməməyi və Qərb silahlarının tədarükünü gözləməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının anonimlik şərti ilə yüksək vəzifəli məmuru məlumat verib.

"ABŞ-ın yüksək rütbəli rəsmiləri Ukraynaya ABŞ-ın son silah göndərişləri alınana və hazırlıq görülənə qədər Rusiya qüvvələrinə qarşı böyük hücumdan çəkinməyi tövsiyə edir", - bu barədə "Reuters" xəbər verir.

Mənbə bildirib ki, ABŞ və Ukrayna arasında əks-hücumla bağlı danışıqlar Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından istifadə üzrə təlimlərə daha çox vaxt ayırması kontekstində baş tutub.

Almaniya ilə "Leopard" tankları ilə bağlı fikir ayrılıqları fonunda ABŞ hələ ki, Ukrayna Silahlı Qüvvələrinə "Abrams" tanklarını göndərməyə razı deyil.

Mənbənin sözlərinə görə, ABŞ bu tankları hələlik Ukraynaya vermək fikrində deyil, çünki onlar bahalı və saxlanması çətindir.

ABŞ Ukraynaya yüzlərlə zirehli texnika, raket və artilleriya mərmisi göndərmək qərarına gəlib. Yeni hərbi yardım paketinin dəyəri 2,5 milyard dollar olacaq.

"Nation News"un məlumatına görə, paketə sahədə sürətlə hərəkət edə bilməyən "Bradley" zirehli maşınları daxildir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ