Sizin reklam burada
Sizin reklam burada

Aleksey Danilov: “Rusiya bombardmançı təyyarələrini gizlətməyə başlayıb”

Aleksey Danilov: “Rusiya bombardmançı təyyarələrini gizlətməyə başlayıb”
“Rusiya komandanlığı bombardmançı təyyarələrini gizlədir. Ukraynanın onları məhv edə biləcəyindən ehtiyat edir”.

Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Rusiyada Ukrayna ərazisini havadan bombalaya biləcək yararlı təyyarələr çox deyil.

“Onların sayı azalır. Bu gün düşmən onları gizlətməyə başlayıb. Başa düşürlər ki, biz onların gözləmədiyi ərazilərdə təyyarələri vura bilərik”, - deyə o bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ