Sizin reklam burada
Sizin reklam burada

Naxçıvanın yeni rəhbəri: “Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - VİDEO

Naxçıvanın yeni rəhbəri: “Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - VİDEO
“Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Prezidentin Naxçıvana yeni təyin edilmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək:

“Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

Daha ətraflı videomaterialda:

  • Sosial şəbəkədə paylaş