Sizin reklam burada
Sizin reklam burada

Lavrov: “Erməni həmkarım şansını itirdi, Bayramov isə Azərbaycan tərəfinin mövqeyini göstərdi” - VİDEO

Lavrov: “Erməni həmkarım şansını itirdi, Bayramov isə Azərbaycan tərəfinin mövqeyini göstərdi” - VİDEO



“Ermənistan Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina barədə Rusiyaya məlumat vermək üçün heç bir diplomatik kanaldan istifadə etməyib. Biz də sizin kimi bu məlumatı mətbuat xidmətindən öyrənmişik”.

Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında News.ru-nun jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən deyib.

“Bu, Ermənistan tərəfinin qərarıdır”, - deyən Rusiya XİN rəhbəri bundan təəssüfləndiyini qeyd edib.

Sergey Lavrov razılıqların, xüsusilə də onilliklər boyu davam edən müharibə nəticəsində bağlanan sazişlərin dərhal və 100 faiz yerinə yetirilmədiyini, mütləq tərəfləri narazı salan məqamların olduğunu bildirib, tərəflərdən birinin buna görə əvvəlcədən razılaşdırılmış danışıqlar raundundan imtinanın isə faydalı olmayacağını qeyd edib.

“Əgər erməni həmkarım dünya ictimaiyyətinə nəyisə çatdırmaq istəyirdisə, o, bu şansını itirdi. Məsələn, Ceyhun Bayramov təfərrüatlı şəkildə Azərbaycan tərəfinin mövqeyini göstərdi”, - deyə o əlavə edib.

Lavrov sonda erməni tərəfinin bu tədbirdə iştirak etməməsi ilə bağlı hamıya məlumat verdiyi üsulun suallar doğurduğunu bir daha vurğulayıb.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ