Sizin reklam burada
Sizin reklam burada

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatı start götürür

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatı start götürür


Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start götürür.
AZƏRTAC xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olacaq. Yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandadan 146 boksçu iştirak edəcək.
Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ