Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə zamanı 1963-cü il təvəllüdlü Yaşar Əsgərovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.
Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
