Sizin reklam burada
Sizin reklam burada

Günəş küləyi aprelin dördünədək... - Şamaxı Rəsədxanasından AÇIQLAMA

Günəş küləyi aprelin dördünədək... - Şamaxı Rəsədxanasından AÇIQLAMA


Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

Publika.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.

“Günəşin səthində ləkələrin sayı azalaraq dörd ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi iki MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb”.

Rəsədxananın məlumatına görə, hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir:

“Kp indeksi 3,3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. Proqnoz günlərində (bir-yeddi aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə bir faizdir. Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə geomaqnit sahəsinin aprelin dördünədək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ