arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Alimlərin yeni tədqiqatı hər kəsi təəccübləndirdi: Ay da quruyur

Alimlərin yeni tədqiqatı hər kəsi təəccübləndirdi: Ay da quruyur




ABŞ, İngiltərə, Kanada və İsveç alimləri Ay qabığında suyun olması ilə bağlı ümumi fərziyyələri dəyişdirən araşdırmalar aparıblar.

Publika.az xəbər verir ki, tədqiqatçıların araşdırması nəticəsində 4 milyard il əvvəl Ay qabığının ilk formalarında düşünüldüyündən daha çox su olduğu müəyyənləşib.

Qərb Universitetinin Yer Elmləri Departamentinin planetar geoloqu Qordon Osinski ilə işləyən kosmokimyaçı Tara Hayden ilk dəfə Ay qabığının erkən formalarında ən çox yayılmış fosfat mineralı olan apatitin varlığını aşkar edib.

Hayden bu kəşfin inanılmaz dərəcədə həyəcanverici olduğunu söyləyib: "Bu, bizə Ayın tarixinin əvvəllər naməlum olan mərhələsini bir araya gətirməyə imkan verir və Ayın erkən dövrünün su baxımından gözlədiyimizdən daha zəngin olduğunu ortaya qoyur".

Qeyd edək ki, araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ