arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Güclü külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, şəhərə elektrik verilişi dayanıb

Güclü külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, şəhərə elektrik verilişi dayanıb


Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.

Külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.

Qusar və Xaçmaz rayonlarında isə, irigövdəli ağacları külək elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

  • Sosial şəbəkədə paylaş