arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var


İstanbulda hökm sürən kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb.

Turantv.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib.

İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ