Sizin reklam burada
Sizin reklam burada

Dünyada ekstremal istilərin davam edəcəyi proqnozlaşdırılır

Dünyada ekstremal istilərin davam edəcəyi proqnozlaşdırılır
2023-cü ilin avqustunda dünyanın əksər yerlərində ekstremal istilər davam edəcək.

Bunu Ümumdünya Meteorologiya Təşkilatının müşaviri Con Neyrn proqnozlaşdırıb.

“Biz bu cür isti dalğalarının avqust ayında da davam edə biləcəyini nəzərə almalıyıq”, - deyə Nern bildirib.

Müşavirin sözlərinə görə, dünyada qlobal temperatur artımı tendensiyası müşahidə olunur. İqlim dəyişikliyi fonunda istilik dalğaları daha da intensivləşə bilər.

Qeyd edək ki, NASA-nın Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun iqlimşünası Hevin Şmidt də 2023-cü ilin iyulunun tarixin ən isti ay ola biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bütün dünyada hava dəyişiklikləri baş verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ