Sizin reklam burada
Sizin reklam burada

Günəşdə GÜCLÜ PARTLAYIŞ: Yerdə rabitə kəsildi

Günəşdə GÜCLÜ PARTLAYIŞ: Yerdə rabitə kəsildi



İyulun 16-da Günəşdə üç güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə akademik E.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunda məlumat verilib.

Bildirilib ki, partlayışlardan biri Yerdə rabitənin kəsilməsinə səbəb olub.

"Moskva vaxtı ilə saat 11:26-da 3372 (N21E30) günəş ləkələri qrupunda rentgen diapazonunda 14 dəqiqə davam edən M1.1 partlayış qeydə alınıb. Bu, HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub", deyə institutun saytında deyilir .

Digər iki hadisə 18:08 və 20:46-da baş verib. Onlar müvafiq olaraq 15 və 28 dəqiqə davam edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ