Sizin reklam burada
Sizin reklam burada

Naxçıvanda 17 yaşlı qız öldürüldü

Naxçıvanda 17 yaşlı qız öldürüldü
İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən xəbərə görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ