Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Aranı küçəsindəki tikintidə qeydə alınıb.
Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov işlədiyi tikintidə yıxılıb.
O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.