Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.
APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
35 yaşlı qadının hamilə olduğu bildirilir.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.