Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda islam qaydalarla fəaliyyət göstərən bank yaradılması təklif edilib

Azərbaycanda islam qaydalarla fəaliyyət göstərən bank yaradılması təklif edilib


“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Bu, faiz məsələsinə görədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, buna görə də bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ