Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda Yunus Oğuzun “Cığır” romanının təqdimatı baş tutdu

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Poeziya Evində tanınmış yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası Səmayə Həşimova, ailə üzvləri və bir çox ziyalı, yaradıcı şəxslər, şəhərimizin mədəniyyət işçiləri iştirak edib.
Poeziya Klubunun direktoru, AYB Poeziya seksiyasının rəhbəri, İbrahim İlyaslı tədbiri açıq elan etdikdən sonra Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib.
İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən prezidentin fərdi təqaüdçüsü, şairə Ofeliya Babayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əyyub Qiyas, Polad Həşimovun bacısı Kəmalə Həşimova və başqaları "Cığır" tarixi romanı haqqında fikirlərini bölüşüblər. Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.
Tədbirdə Sumqayıtda yaşayan şair və ziyalılardan: Nadir Azayoğlu, Ehtiram İlham, Hikmət Fərzəli, Əli Niyazbəyli, Elvin Əlizadə, "Qəbələ" qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.
Tədbirin sonunda yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara "Cığır" romanını və yeni nəşr olunmuş "Mən Şuşada yazıram" adlı kitabını hədiyyə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ