Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 138 illiyi və 18 sentyabr - Milli musiqi günü münasibətilə Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər, konsert proqramları təşkil olunub.
Tədbirlərdə Ü.Hacıbəylinin həyat və yaradıcılığı, 2009-cu ildən ənənəvi olaraq gerçəkləşən beynəlxalq festival haqqında söz açılıb.
Təqdim olunan konsertlərdə dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib.