Qaxda avazı könülləri oxşayan ifaçı-Arif Babayevlə görüş keçirildi.
Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə, 25 avqust 2023-cü il tarixində Azərbaycan musiqisinin, Azərbaycan muğamının canlı korifeyi,tarixdə ilk dəfə muğam professoru kimi şərəfli adı daşıyan, “Segah”ın atası adlanan xanəndə Arif Babayevlə görüş keçirilib.
Qeyd edək ki, hər il avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi kimi qeyd olunur.
Mərkəzi kitabxananın təşkilatçılığı ilə baş tutan bu görüşdə, Qax MKS-nin direktoru Güllü Əhmədova muğam ustasını onu sevənlər adınadan salamlayaraq, onun sənətinə olan sonsuz sevgi və məhəbbətini bildirib,ona can sağlığı arzu edib. O muğamın canlı korifeyinə hədiyyə olaraq xanəndənin ifalarından ibarət bir val bağışlayıb.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, Qax MKS-nin direktor müavini Ahidə Əfəndiyeva, şairə Solmaz Elqızı görüşdə iştirak edən gənclər xanəndəyə olan sonsuz hörmət və ehtiramlarını bildiriblər.
Görüşdə "Şuşa Humanitar Kollecinin” muğam sinfinin tələbəsi Əsgərova Rəfiqə “Qarabağ” şikəstəsini ifa edib, Əliağa Vahidin qəzəlləri səsləndirilib.
Dəyərli sənətkar Arif Babayev bu görüşü,tarixi bir görüş adlandırıb. Arif Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür və minnətdarlığını bildirib.
Sonda xanəndə ilə xatirə şəkilləri çəkilib.