Sizin reklam burada
Sizin reklam burada

Qax rayonunda mədəniyyət işçisi təqaüdə yola salındı

Qax rayonunda mədəniyyət işçisi təqaüdə yola salındı
Qax rayonunda mədəniyyət işçisi təqaüdə yola salındı


Qax rayonunda mədəniyyət işçisi təqaüdə yola salındı.
Avqustun 29-da uzun illər mədəniyyət sahəsində çalışmış, ömrünün 43 ilini mədəniyyət sahəsinə həsr etmiş Ağyazı kənd mədəniyyət evinin müdiri Şəfəq İsayevanın 65 yaşı tamam olub.
Qax rayon Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşları və Qax rayon Həmkarlar İttifaqının sədri Abdul Mustafazadə bu əlamətdar gün münasibətilə nümunəvi və zəhmətkeş mədəniyyət işçisi olan, Şəfəq xanımı təbrik ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova qeyd edib ki,ötən illər ərzində işlədiyi sahədə bütün kollektivin hörmət və rəğbətini qazanan əməkdaşımız hər zaman üzərinə düşən işi layiqincə yerinə yetirmiş, mədəniyyət sahəsinə öz töhvəsini verən işçi olub.
Sonda Şəfəq xanım təqaüdə yola salınıb.
Gələcək həyatında Şəfəq xanıma can sağlığı arzu edirik!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ