Sizin reklam burada
Sizin reklam burada

Beynəlxalq Musiqi Festivalı Şuşada davam edir

Beynəlxalq Musiqi Festivalı Şuşada davam edir



Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı bu gün mədəniyyət paytaxtımız Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

Publika.az xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzi və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub.

Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – Bayatı-Şiraz dəstgahı, Firuz Səxavət – Mahur-Hindi dəstgahı, Cabir Abdullayev – Zabul-Segah dəstgahı, Nuriyyə Hüseynova – “Çahargah” kompozisiyası ifa ediblər.

Növbəti konsert proqramı X.Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış edib.

Festival çərçivəsində həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

Hazırda növbəti konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertin isə ”Qarabağ” otelinin qarşısındakı parkda təşkili nəzərdə tutulub

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ