Emin Hüseynov... 2014-cü ildə məsuliyyətdən yayınmaq üçün qadın paltarında İsveçrə səfirliyinə qaçması ilə tanınan bu şəxs həm də ermənilərlə əməkdaşlığı ilə məşhurdur. Və bu əməkdaşlıq hazırda Bakı-İrəvan xəttində ön plana çıxan sülh gündəliyindən çox əvvəl, hələ Qarabağın işğalı dövründən məhz Azərbaycana qarşı mövcud olub.
Ölkəni tərk edəndən sonra Emin Hüseynovun Avropa həyatı anti-Azərbaycan fəaliyyəti üzərində qurulub. Məsələni daim “demokratiya”, “insan haqları” üzərinə fokuslamağa çalışsa da, fəaliyyətinin mərkəzində Soros, erməni diasporu/lobbisi kimi dairələrdən ibarət anti-Azərabaycan şəbəkəsinin təlimatına əsaslanan bir məqsəd dayanırdı: Qarabağda işğala əsaslanan status-kvonun qorunub saxlanılması, erməni maraqlarının müdafiə edilməsi.
Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çıxışlar edən Hüseynov mütəmadi olaraq, diqqəti Qarabağın üzərinə gətirir, rəsmi Bakının sülh istəmədiyi tezisini irəli sürürdü. 2020-ci ildə Tovuz döyüşləri zamanı “Azərbaycan Ermənistana hücum edib” deyən də, 44 günlük Vətən müharibəsində ordumuzun əleyhinə təbliğat aparan da, Xankəndidə qalan separatçıların müdafiəsini təşkil edən də Hüseynovun özü idi. Onun bu yanaşmasının ermənilərlə mənəvi və bioloji bağlılığından qaynaqlandığı sirr deyil. Özü isə Azərbaycana qarşı erməni maraqlarını müdafiə etdiyini təkzib edir, faktları danmağa, bu fəaliyyətini “insan haqlarının müdafiəsi” adı altında pərdələməyə çalışır. Misal üçün, Emin Hüseynovun qardaşı Mehman Hüseynov müsahibələrindən birində deyir ki, “Ermənistanla sülh danışıqlarını aparan Azərbaycan hakimiyyətidir”. Bununla özlərinin ermənilərlə əməkdaşlığını legitimləşdirmək istəyirlər. Halbuki, Emin Hüseynovun vaxtilə Qarabağın işğalını legitimləşdirməyə hesablanmış ermənilərlə qardaşlığı indi də sülh məqsədinə yox, birbaşa Azərbaycanın əleyhinə xidmət edir.
Emin Hüseynovun ermənilərlə birlikdə son layihəsi də onun Azərbaycana xəyanətini çılpaqlığı ilə ortaya çıxarır. Hüseynov erməni ekspert Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb və ilk qonağı da digər erməni ekspert David Stepanyan olub. İlk baxışdan, o qədər təhlükəli görünməyə bilər, hətta Cənubi Qafqazda sülh prosesinin irəlilədiyi vaxt alternativ dialoq imkanlarının da aparıldığını düşünmək mümkündür. Lakin təkcə Hüseynovun Azərbaycana qarşı fəaliyyəti yox, ortaqlarının – Xurşudyan və Stepanyanın kimliyi, o cümlədən, verilişdə səslənən fikirlər bu layihənin növbəti Vətən xainliyindən başqa bir şey olmadığını deməyə əsas verir.
Ovsep Xurşudyan Qərbyönümlü siyasətçi kimi tanınsa da, erməni məsələsi, xüsusilə Qarabağla bağlı daşnakların mövqeyindən çıxış edir. Çıxışlarında daim Qarabağın işğalını dəstəkləyib, 44 günlük müharibə və sonrasında da bu mövqeyindən əl çəkməyib. David Stepanyan da Xurşudyanla eyni düşüncədədir. O, daim Ermənistanın Azərbaycan torpaqlarını işğal etmədiyi iddiasını irəli sürür, əksinə, rəsmi Bakını militarizmdə ittiham edir. Bu ermənilərlə hansı dialoqdan, sülhdən danışmaq olar?! Əslində Hüseynovun məqsədi dialoq qurmaq yox, qardaşlaşdığı ermənilərlə Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirməkdir. Veriliş boyu “üç qardaşın” etdikləri də bundan ibarət idi.
Hüseynov ermənilərə qoşularaq, Azərbaycanda “demokratiyanın olmadığı” iddiasını irəli sürür, Ermənistanı isə “nümunəvi seçki ölkəsi” adlandırır. Halbuki, son seçkilərdən öncə və sonra baş verənlər – müxalifətin təqibi, daha sonra siyasi həbslər dalğasının yaşanması Ermənistanda demokratiyanın hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. Hüseynov isə bu haqda danışmır, əvəzində Ermənistanı tərifləyir. Ardınca Azərbaycanı Ermənistana qarşı ərazi iddiası irəli sürməkdə ittiham edirlər.
David Stepanyan iddia edir ki, Qərbi Azərbaycan mövzusu sülh gündəliyinə ziddir. Lakin Ermənistanda hələ də Qarabağa iddia edən revanşistlərdən bəhs olunmur, eyni zamanda, bu ölkənin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı mövcud konstitusiyasından danışmırlar. Stepanyan Qarabağda “erməni kilsələrinin söküldüyü” iddiasından da çıxış edir, “erməni irsi”nin dağıldıldığı ittihamını irəli sürür. Əsl revanşizm mövqeyi sərgiləyir. Emin Hüseynov isə bütün bu iddialara nəinki cavab vermir, əksinə, dəstəkləyir.
Hər şey ayındır, Hüseynov erməni qardaşları ilə birlikdə Azərbaycana qarşı yeni qaralama layihəsinə start verib. Görünür, Qarabağın işğalını legitimləşdirmək, müharibədə isə Azərbaycanın torpaqlarını azad etməsinin qarşısını almaq planları baş tutmadıqdan sonra informasiya müstəvisində qarayaxma kampaniyasını davam etdirmək qərarına gəliblər. Hüseynov də bu planda əsas rollardan birini üzərinə götürüb.

