Oskar mükafatı laureatı, məşhur irlandiyalı aktrisa Brenda Friker vəfat edib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Brenda Friker daha çox 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2" filmində göyərçinlərlə yaşayan evsiz qadın obrazı ilə tanınırdı. O, filmdə baş rolu canlandıran Makaley Kalkin ilə tərəf müqabili olmuşdu.
Aktrisa 1990-cı ildə "My Left Foot" filmindəki roluna görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Academy Awards" mükafatına layiq görülmüşdü. O, ekran əsərində baş qəhrəman Kristi Braunun anası Missis Braun obrazını canlandırmışdı.
Brenda Frikerin ölüm səbəbi hələlik açıqlanmayıb.

