Sizin reklam burada
Sizin reklam burada

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

"Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.

Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək," - deyə qurumdan bildirilib.

  • Sosial şəbəkədə paylaş