Sizin reklam burada
Sizin reklam burada

3 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır

3 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır


Meksikanın Puerto Vallarta kurort şəhərində bir neçə qadının cəsdinin qalıqları aşkar edilib. Bu şəhər əsasən amerikalı turistlər arasında məşhur yer kimi tanınır.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin məlumatına görə, ilk cəsəd mayın 10-da Ranço El Piruli rayonunda tapılıb. Beş gün sonra isə Mismaloya yaxınlığındakı magistral yolun kənarında başqa bir cəsədin qalıqları tapılıb. Nəhayət may 22-si səhər saatlarında Parque Las Palmas rayonu ərazisindəki torpaq yolda yeni insan qalıqlar tapılıb.
Qurbanların şəxsiyyəti hələlik müəyyən edilməyib. Onların hamısının 22-35 yaş arasında qadın olması müəyyənləşdirilib. O da məlum olub ki, hər üç qadının bədənində döymələr var.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə iddia olunur ki, qurbanlardan biri Mexiko ştatında yaşayan 22 yaşlı amerikalı Elizabet Martinez adlı qızdır. Onun bu ilin aprel ayında itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə qorxu yaradan manyakın tapılması üçün müşahidə kameralarındakı görüntüləri araşdırır və mövcud məlumatları təhlil edirlər. Meksikada kurortda seriyalı qətllər həyata keçirən qatilin peyda olması turistlərdə də qorxu yaradıb.

  • Sosial şəbəkədə paylaş