Sizin reklam burada
Sizin reklam burada

Qurban Bayramı – Mərhəmət və Həmrəylik Rəmzi

Qurban Bayramı – Mərhəmət və Həmrəylik Rəmzi


Qurban Bayramı müsəlmanların ən müqəddəs dini bayramlarından biri olmaqla yanaşı, həm də insanlıq və mərhəmət bayramıdır. Bu müqəddəs günlər insanlara paylaşmağın, yardımlaşmanın və bir-birinə dəstək olmağın vacibliyini xatırladır.
Qurban ibadəti Həzrəti İbrahim peyğəmbərin Allah yolunda göstərdiyi böyük sədaqətin simvoludur. Bu hadisə insanlara səbirli olmağı, imanlı yaşamağı və Allaha bağlılığı öyrədir.
Bayram günlərində insanlar ehtiyaclı ailələri sevindirir, qurban paylarını onlarla bölüşürlər. Bu isə cəmiyyətdə mərhəmət və humanizm hisslərini daha da gücləndirir. İnsanların bir-birinə etdiyi yaxşılıqlar bayramın mənəvi gözəlliyini artırır.
Qurban Bayramı ailələrin bir araya gəldiyi, doğmaların ziyarət olunduğu və birlik hissinin yaşandığı xüsusi günlərdir. İnsanlar bir-birinə xoş sözlər deyir, dualar edir və bayram sevincini paylaşırlar.
Bu müqəddəs günlər insanlara vicdanlı olmağı, yaxşılıq etməyi və insanlara sevgi ilə yanaşmağı öyrədir. Qurban Bayramı mənəviyyatın və humanizmin ən gözəl nümunəsidir.
Müqəddəs Qurban Bayramı münasibətilə hər birinizə möhkəm can sağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulayırıq. Allah evlərinizdən sevinc və bərəkəti əskik etməsin. Bayramınız mübarək olsun!


Nərgiz Həsənova
Bərdə rayon E.Əsədov adına Türkmən
kənd tam orta məktəbin direktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

  • Sosial şəbəkədə paylaş