
Qurban Bayramı İslam aləmində böyük coşqu və mənəvi sevinc hissi ilə qeyd olunan müqəddəs bayramlardan biridir. Bu bayram insanlara xeyirxahlıq etməyi, ehtiyac sahiblərinə əl tutmağı və mərhəmətli olmağı öyrədir.
Qurban ibadəti Allaha sevginin, sədaqətin və itaətin rəmzi hesab olunur. Həzrəti İbrahim peyğəmbərin göstərdiyi fədakarlıq insanlara mənəvi bağlılığın və imanın nə qədər güclü olduğunu göstərir.
Bayram günlərində insanlar bir-birini ziyarət edir, qurban paylarını ehtiyaclı ailələrlə bölüşürlər. Bu isə cəmiyyətdə sosial həmrəyliyin və insanlıq hisslərinin daha da güclənməsinə səbəb olur. İnsanların bir-birinə göstərdiyi diqqət və qayğı bayramın mənəvi dəyərini artırır.
Qurban Bayramı ailə münasibətlərinin möhkəmləndiyi xüsusi günlərdir. Bu günlərdə valideynlərin xeyir-duası alınır, uşaqlar sevindirilir, küsülülər barışır. Bayram süfrələri ətrafında yaranan birlik və sevgi hissi insanların yaddaşında gözəl xatirələr kimi qalır.
Bu müqəddəs bayram insanlara paylaşmağın və yaxşılıq etməyin ən böyük mənəvi sərvət olduğunu xatırladır. Qurban Bayramı insanları daha mərhəmətli və daha vicdanlı olmağa çağırır.
Qurban Bayramı münasibətilə xalqımıza əmin-amanlıq, hər bir ailəyə firavan həyat və süfrələrə bol ruzi arzulayırıq. Allah bütün dualarınızı qəbul etsin. Bayramınız mübarək olsun!
Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı
