
Qurban Bayramı insanların bir-birinə daha yaxın olduğu, sevgi və mərhəmətin daha çox hiss edildiyi müqəddəs dini bayramlardan biridir. Bu bayram insanları yardımlaşmağa, paylaşmağa və ehtiyac sahiblərinə dəstək olmağa çağırır.
Qurban ibadəti insanın Allah qarşısında sədaqətini və mənəvi bağlılığını ifadə edir. Həzrəti İbrahim peyğəmbərin Allah yolunda göstərdiyi fədakarlıq İslam dünyasında böyük örnək hesab olunur. Bu müqəddəs hadisə insanlara inamın və səbirin gücünü öyrədir.
Bayram günlərində insanlar qurban kəsərək onun ətini qohumları, qonşuları və ehtiyaclı ailələrlə bölüşürlər. Bu ənənə cəmiyyətdə birlik və bərabərlik hisslərini daha da gücləndirir. Qurban Bayramı insanlara başqalarının sevincinə şərik olmağın gözəlliyini yaşadır.
Bu müqəddəs günlər ailələrin bir araya gəldiyi, valideynlərin ziyarət olunduğu, uşaqların sevindirildiyi xüsusi günlərdir. İnsanlar bayram süfrələri ətrafında toplaşaraq birlik və xoşbəxtlik hisslərini paylaşırlar.
Qurban Bayramı insanlara mərhəmət, bağışlama və humanizm kimi dəyərləri xatırladır. Bu bayram insanın mənəvi dünyasını zənginləşdirən və cəmiyyətdə sevgi hisslərini artıran müqəddəs günlərdir.
Müqəddəs Qurban Bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, sağlamlıq və bol ruzi-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun!
Hafiz Kərimov
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı İsmayıllı komitəsinin sədri
