
Qurban Bayramı insanları sevgi, mərhəmət və yardımlaşmağa çağıran müqəddəs dini bayramlardan biridir. Bu bayram əsrlər boyu müsəlman dünyasında böyük ehtiramla qeyd edilmiş, insanlara mənəvi dəyərlərin qorunmasının vacibliyini aşılamışdır. Qurban Bayramı insanın yalnız maddi deyil, mənəvi cəhətdən də saflaşmasına səbəb olan xüsusi günlərdir.
Qurban kəsmək İslam dinində böyük savab sayılan ibadətlərdən biridir. Bu ibadət insanlara paylaşmaq və ehtiyacı olan insanların yanında olmağın vacibliyini öyrədir. Bayram günlərində minlərlə ailə qurban payı alaraq sevinc yaşayır. Bu isə insanlar arasında birlik və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Qurban Bayramı həm də ailə dəyərlərinin ön plana çıxdığı bayramdır. İnsanlar doğmalarını ziyarət edir, valideynlərin könlü alınır, yaşlı insanlara xüsusi diqqət göstərilir. Bayram süfrələri ətrafında toplaşan ailələr birlik və sevgi hisslərini daha dərindən yaşayırlar.
Bu müqəddəs günlər insanlara kin və nifrətdən uzaq olmağı, bir-birinə dəstək göstərməyi öyrədir. İnsanlar bu günlərdə daha çox yaxşılıq etməyə, ehtiyacı olanlara əl tutmağa çalışırlar. Çünki Qurban Bayramının əsas məqsədi insanlıq, mərhəmət və paylaşmaqdır.
Qurban Bayramı münasibətilə hər bir ailəyə sevinc, ruzi-bərəkət və xoşbəxtlik arzulayırıq. Allah hər evə firavanlıq, sağlamlıq və əmin-amanlıq nəsib etsin. Bayramınız mübarək!
Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru
