
Qurban Bayramı insanın mənəvi dünyasını zənginləşdirən ən gözəl dini bayramlardan biridir. Bu bayramın əsas məqsədi insanların bir-birinə yaxınlaşması, yardımlaşması və Allah yolunda xeyirxah işlər görməsidir. Qurban ibadəti insanlara sədaqət, mərhəmət və paylaşmaq hissini aşılayır.
Bayram günlərində insanlar ehtiyacı olan ailələri ziyarət edir, onlara yardım göstərirlər. Bu isə cəmiyyətdə həmrəyliyin və humanizmin güclənməsinə səbəb olur. Qurban Bayramı insanları kin-küdurətdən uzaqlaşdırır, sevgi və dostluq münasibətlərini daha da möhkəmləndirir.
Hər bir ailədə bayram sevinci yaşanır, uşaqlar xüsusi hədiyyələrlə sevindirilir. İnsanlar bir-birinə xoş sözlər deyərək bayram ovqatını paylaşırlar.
Qurban Bayramı münasibətilə xalqımıza can sağlığı, firavanlıq və bol ruzi arzulayır, hər evə sevinc və bərəkət diləyirik!
Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı
