Sizin reklam burada
Sizin reklam burada

Xalq Şairi Musa Yaqubun 89, ibtidai sinif müəllimi Rza Mahmudovun 90 illik yubiley tədbiri keçirildi

Xalq Şairi Musa Yaqubun 89, ibtidai sinif müəllimi Rza Mahmudovun 90 illik yubiley tədbiri keçirildi

15 May 2026-cı il tarıxındə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı R.Ocaqov adına İsmayıllı rayonu Buynuz kənd tam orta ümumtəhsil məktəbində kəndin ziyalıları Xalq Şairi Musa Yaqubun 89, ibtidai sinif müəllimi Rza Mahmudovun isə 90 illik yubiley tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov , ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, Rayon Ağsaqqallar Şurasının üzvü Balakişi Xudiyev, şair, yazıçı publisist Bəhruz İsmayıllı, məktəbin müəllim şagird kollektivi, valideynlər iştirak etdilər.

Xalq Şairi Musa Yaqubun 89, ibtidai sinif müəllimi Rza Mahmudovun 90 illik yubiley tədbiri keçirildi

Çıxış edən natiqlər eyni dövrdə yaşamış , uzun müddət bir yerdə işləmiş 90 yaşlı pedaqoq Rza Mahmudov və Azərbaycan poeziyasının sütunlarından olan Xalq Şairi Musa Yaqub haqqında xoş xatirələrini , iş və həyat fəailiyyəti haqqında ətraflı məlumat verdilər. Şagirdlərin ifasında şairin şeirlərindən ibarət kompozisiyalar dinlənildi. Yubilyar Rza Mahmudov ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Rza müəllim ETİHİ Rayon Komitəsi tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırıldı.

Xalq Şairi Musa Yaqubun 89, ibtidai sinif müəllimi Rza Mahmudovun 90 illik yubiley tədbiri keçirildi

Bütün ömrünü təhsilə həsr etmiş Rza Mahmudovu 90 yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından təbrik edirik, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.

  • Sosial şəbəkədə paylaş