Sizin reklam burada
Sizin reklam burada

Ölkədə makaron məmulatlarının istehsalı artıb

Ölkədə makaron məmulatlarının istehsalı artıb


Bu ilin yanvar-mart aylarında ölkədə 3845,1 ton makaron məmulatları istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 3,8 faiz çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabata əsasən, təkcə mart ayında 1313,3 ton makaron məmulatları istehsal olunub. Bu, yanvar-fevral aylarının müvafiq göstəricisini 3,74 faiz üstələyir.Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 114,0 ton təşkil edib.

  • Sosial şəbəkədə paylaş