Sizin reklam burada
Sizin reklam burada

Şəhid qızı Ayan Niftəliyeva buraxılış imtahanında yüksək nəticə göstərib

Şəhid qızı Ayan Niftəliyeva buraxılış imtahanında yüksək nəticə göstərib
Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin XI sinif şagirdi, Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 290 bal toplayaraq yüksək nəticə əldə edib. O, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 285 bal toplayıb.
Ayan Niftəliyeva təhsil sahəsində qazandığı nailiyyətlərlə də seçilir. O, SAF-2023 Festivalının “Mexatronika” kateqoriyası üzrə qızıl medalçısıdır. Bununla yanaşı, Respublika Fənn Olimpiadasının riyaziyyat və fizika fənləri üzrə yarımfinalçısı, ADA Universitetinin “Vətənimsən Azərbaycan” müsabiqəsinin finalçısı olub.
Gənc istedad müxtəlif intellektual və idman yarışlarında da fəal iştirak edib. Belə ki, rayon daxilində keçirilən “Xəmsə” və “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışlarında, eləcə də şahmat çempionatlarında birinciliklər qazanaraq öz bilik və bacarıqlarını nümayiş etdirib.
Gələcəkdə həkim peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyan Ayan Niftəliyevaya uğurlar arzulayırıq. Onun əldə etdiyi nailiyyətlər gənclər üçün motivasiya olmaqla yanaşı, əzmin və zəhmətin uğura aparan ən doğru yol olduğunu bir daha göstərir.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #Şagird #Buraxılışİmtahanı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ