Sizin reklam burada
Sizin reklam burada

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.
Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

  • Sosial şəbəkədə paylaş