Bakı metrosunda qatarların hərəkətində ləngimələr olub.
Bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında sərnişinlər qatarın gəlməsini 9 dəqiqə gözləməli olublar. Nəticədə qatarların qarşısında ciddi sıxlıq müşahidə olunub.
Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı.
Bundan sonra metropoliten açıqlama verərək, aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası intervalın 2,5 dəqiqə təşkil edəcəyini, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacağını bildirmişdi.
