Sizin reklam burada
Sizin reklam burada

Daim aclıq hissi yaşayanlar – Bu qidalardan UZAQ DURSUNLAR!

Daim aclıq hissi yaşayanlar – Bu qidalardan UZAQ DURSUNLAR!

Daimi aclıq hissinin yaranma səbəbi bəlli olub.
Bu barədə nutri¬sioloq və fitnes məşqçisi Darya Savelyeva “Radio 1”ə müsahibəsində bildiirb.
Ekspert qeyd edib ki, aclıq hissi böyük ölçüdə qidanın mədədə həzmolmaz sürətindən asılıdır.
Onun sözlərinə görə, zülal bu prosesi ləngidir, buna görə də rasionda, xüsusilə səhər yeməyində kifayət qədər zülal olmalıdır. Eyni zamanda keyfiyyətli və az yağlı məhsullara üstünlük verilməsi vacibdir.
Savelyeva izah edib ki, zülal səviyyəsi toxluq hissinə birbaşa təsir edir.
Burada məqsəd şirniyyata qarşı özünü məcburən saxlamaq deyil, ümumiyyətlə belə istəklərin yaranmamasıdır. O vurğulayıb ki, düzgün qidalanma xüsusi “qəhrəmanlıq” tələb etmir, sadəcə düzgün yanaşma ilə qurulmalıdır.
Ekspert əlavə edib ki, bir çox insanı faydalı qidaların bahalılığı çəkindirir.
Lakin ucuz qidalar qısa müddətli toxluq yaradır və tezliklə yenidən aclıq hissinə səbəb olur. Nəticədə hətta kiçik “dietik” qəlyanaltı belə gün ərzində həddindən artıq qidalanmaya gətirib çıxara bilər, çünki fiziologiyanı aldatmaq mümkün deyil.

  • Sosial şəbəkədə paylaş