Sizin reklam burada
Sizin reklam burada

Amnistiya aktı tətbiq edildi: 62 nəfər azadlığa çıxdı

Amnistiya aktı tətbiq edildi: 62 nəfər azadlığa çıxdı

Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrası davam etdirilir.
Bugünədək Naxçıvanda yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində amnistiya aktı 140 nəfərə şamil edilib. Onlardan 62 nəfər azadlığa buraxılıb, 78 nəfərin isə cəza müddəti 6 ay azaldılıb.
İcra və probasiya sahəsində isə 165 nəfər Amnistiya aktından yararlanıb. Həmin şəxslərin 11 nəfərini qadınlar təşkil edir.

  • Sosial şəbəkədə paylaş