Sizin reklam burada
Sizin reklam burada

Güclü yağışdan sonra yüzlərlə ev su altında qaldı

Güclü yağışdan sonra yüzlərlə ev su altında qaldı



Xilasedicilər Dağıstanda (Rusiya) güclü yağışın fəsadlarını aradan qaldırmağa davam edirlər.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, beş bələdiyyədə 516 yaşayış binası, 556 həyətyanı sahə və 45 avtomobil yolu sahəsi su altında qalıb. 16 müvəqqəti yerləşdirmə məntəqəsinə 523 nəfər, o cümlədən 173 uşaq yerləşdirilib.
Çeçenistan Respublikasında yağış suları çəkilib. Su basmış evlər və ya sahələr yoxdur. Bərpa işləri aparılır və ziyanın qiymətləndirilməsi üzrə komissiyalar işləyir.
Pis hava şəraitinin nəticələrini aradan qaldırmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri, ümumilikdə 3 300-dən çox insan və 700-dən çox texnika cəlb edilib.

  • Sosial şəbəkədə paylaş