Sizin reklam burada
Sizin reklam burada

Vüqar Zakir oğlu Abbasov – uğurlu həyat yolunun növbəti zirvəsi

Vüqar Zakir oğlu Abbasov – uğurlu həyat yolunun növbəti zirvəsi

Bu gün, 12 aprel tarixində, görkəmli iş adamı, yüksək intellekti, uzaqgörənliyi və prinsipial mövqeyi ilə seçilən ictimai-siyasi xadim Vüqar Zakir oğlu Abbasovun doğum günüdür.
1974-cü ilin bu günündə Naxçıvan şəhərində dünyaya göz açan Vüqar Abbasov hələ gənc yaşlarından zəhmətkeşliyi, məqsədyönlülüyü və liderlik keyfiyyətləri ilə fərqlənmişdir. O, 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə təhsilə başlamış, 1991-ci ildə məktəbi qırmızı attestatla başa vuraraq bilik və əzminin ilk parlaq nümunəsini ortaya qoymuşdur.
Vüqar Zakir oğlu Abbasov – uğurlu həyat yolunun növbəti zirvəsi
Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olmuş və 1996-cı ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Təhsilə olan sonsuz sevgisi və daim özünü inkişaf etdirmək istəyi onu daha yüksək zirvələrə aparmış, 1998–2001-ci illərdə Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər iki sahədə qırmızı diplom əldə etmişdir. Bu isə onun çoxşaxəli biliyinin və peşəkarlığının bariz göstəricisidir.
Vüqar Zakir oğlu Abbasov – uğurlu həyat yolunun növbəti zirvəsi
Elmi fəaliyyətində də uğurlu addımlar atan Vüqar Abbasov 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çap edilmişdir. 2016-cı ildə “Regionda sahibkarlığın inkişafı” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Onun elmi yanaşması, analitik düşüncəsi və yenilikçi baxışları onu öz sahəsində seçilən simalardan birinə çevirmişdir.
1995-ci ildən Cahan Holdingin təsisçisi və rəhbəri kimi fəaliyyət göstərən Vüqar Abbasov güclü idarəçilik bacarığı, strateji düşüncəsi və sahibkarlıq ruhu ilə böyük uğurlara imza atmışdır. O, təkcə uğurlu biznesmen deyil, həm də sosial məsuliyyət hissi yüksək olan, insanların rifahına töhfə verən nüfuzlu bir şəxsiyyətdir.
Onun ictimai-siyasi fəaliyyəti də xüsusi qeyd olunmalıdır. 2020-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi kimi Naxçıvan şəhər 24 saylı seçki dairəsindən deputatlığa namizəd olmuş və seçicilərin böyük etimadını qazanaraq deputat seçilmişdir. Bu etimad onun xalqa yaxınlığının, səmimiliyinin və məsuliyyətli fəaliyyətinin göstəricisidir.
Vüqar Zakir oğlu Abbasov – uğurlu həyat yolunun növbəti zirvəsi
Eyni zamanda, 18 yanvar 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilən Vüqar Abbasov bu vəzifədə Azad Cabbarovu əvəz edərək regionda idmanın inkişafına yeni nəfəs gətirmiş, xüsusilə futbolun tərəqqisi üçün mühüm addımlar atmışdır.
Vüqar Abbasov öz zəhməti, dürüstlüyü, vətənə bağlılığı və yüksək insani keyfiyyətləri ilə cəmiyyət üçün nümunəvi bir şəxsiyyətdir. Onun həyat yolu əzmin, zəhmətin və məqsədyönlü fəaliyyətin uğura aparan ən doğru yol olduğunu bir daha sübut edir.
Bu əlamətdar gündə Vüqar Zakir oğlu Abbasovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq.
Ad gününüz mübarək olsun, hörmətli Vüqar müəllim!

  • Sosial şəbəkədə paylaş