Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan və 2026-cı ildə ilk dəfə sertifikasiyası keçiriləcək fənn müəllimləri ilə görüş keçirilib.
Görüşlərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Aysel Sadıqova, həmin sektorun məsləhətçisi Nuranə Rəhimova, Rayon Təhsil Sektorlarının müdirləri və əməkdaşları iştirak etmişdir.
Görüşdə çıxış edən əməkdaşlar sertifikasiya prosesinə hazırlıq və onun əhəmiyyəti, həmçinin bununla əlaqəli digər məsələlər haqqında geniş məlumat veriblər.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Sertifikasiya #Müəllim #Görüş
