18 və 19 mart tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan psixoloq, laborant, kargüzar, həmçinin Rayon Təhsil Sektorlarında vakant olan mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Şamaxı şəhər 6 və 9 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olunan imtahanlarda ümumilikdə 115 nəfər namizəd iştirak edib.
İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində 30 qapalı test tapşırığı təqdim olunub. Test imtahanında uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, Regional İdarə tərəfindən işə qəbul imtahanları MİQ mərkəzində kompüter əsaslı onlayn formatda keçirilir. Bildiririk ki, növbəti işə qəbul müsabiqələrinin də kompüter əsaslı onlayn formatda keçirilməsi nəzərdə tutulur.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #İşəQəbul #Testİmtahanı
