Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər arasında elektron formada keçirilmiş qiymətləndirmə nəticələrinin müzakirəsi məqsədilə riyaziyyat müəllimləri ilə görüşlər keçirilib.
Görüşlərin əsas məqsədi şagirdlərin qiymətləndirmə nəticələrinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması istiqamətində müzakirələrin aparılması, müəllimlər arasında təcrübə mübadiləsinin təşkili və qarşıda duran prioritetlərin müəyyən edilməsindən ibarət olub.
Bununla yanaşı, görüşlər çərçivəsində müəllimlərə metodiki tövsiyələr verilib, qiymətləndirmə meyarlarının düzgün tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi təhsilin keyfiyyətinin artırılması, eləcə də şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
